Amerikanın 8 TOP Üniversitetinə qəbul olan Azərbaycanlı qızımız

29/03/2024

Təhsil yolu çətin olduğu qədər həm də gözəl bir yoldur. Gözəllik dedikdə, təhsil üçün çəkilən əziyyətin bəhrəsini görmək kimi, ətrafının səninlə qürür duyduğunu görmək kimi bir gözəllik nəzərdə tutulur ki, hər kəs buna nail ola bilmir. Hər kəs idealist, realist, məqsədyönlü, qərarlı olub təhsilində ən uca zirvəyə qalxa bilmir. Bunu bacaranlara isə deyiləcək tək söz qalır “ƏHSƏN”. Buna nail olub, təhsilində ən uca zirvəyə qalxanlardan biri də Lalə Bəylərdir. Lalə Bəylər Harvard Universitetinə, Yale Universitetinə və ABŞ- ın digər yeddi ən nüfuzlu institutuna tam təqaüdlə qəbul olmuşdur. Bu özü bir sübutdur ki, insan istəyib, inandiği hər şeyi etməyə qadirdir. Lalə bu gün təkcə ailə tərkibinin yox hər bir Azərbaycanlının xaricdəki qüruru, fəxridir. Lalə PSEO və UMTYMP Proqramları vasitəsilə hələ orta məktəbdə olarkən Minnesota Universitetində bakalavr və magistr səviyyəli riyaziyyat kurslarını bitirməsi ile necə bacarıqlı və savadlı olduğunu təsdiqləmişdir. Lalə kimi xaricdə bizi belə uca zirvelerede temsil eden istedadlı tələbələrin sayının artması tək arzumuzdur.